525.Az

ABŞ-dən Navalnıya görə Rusiyaya yeni sanksiyalar


 

ABŞ-dən Navalnıya görə Rusiyaya <b style="color:red">yeni sanksiyalar</b>

ABŞ administrasiyası rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə görə məsuliyyət daşıdığı Moskva administrasiyasına qarşı cümə günü yeni sanksiyalar elan edəcəyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar müşaviri Con Kirbi onlayn mətbuat brifinqində Navalnının ölümü ilə bağlı hadisələri dəyərləndirib.

Kirbi, Rusiyanın Navalnının ölümündə məsuliyyət daşıdığını müdafiə edərək: "Prezident Putin və hökuməti cənab Navalnının ölümündən məsuldur. Cavab olaraq, prezident Baydenin dediklərinə uyğun olaraq, cümə günü Rusiyaya qarşı əhatəli sanksiyalar paketini açıqlayacağıq", - deyib.

Sanksiya paketinin məzmununa yer verməyən Kirbi, bu paketlə həm Navalnının ölümünə, həm də Ukraynadakı hücumlarına görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıyacağını vurğulayıb.

Kirbi Rusiyanın Ukraynaya hücumlarının davam etdiyini və Kiyevə dəstək üçün yeni dəstək paketinin Konqresdən ən qısa zamanda qəbul edilməsini gözlədiklərini qeyd edib.

Malik Atilay

 





21.02.2024    çap et  çap et