525.Az

Fransa Yəmənin 2 pilotsuz təyyarəsini vurub


 

Fransa Yəmənin 2 pilotsuz təyyarəsini vurub<b style="color:red"></b>

Fransa Müdafiə Nazirliyi Qırmızı dəniz və Ədən körfəzində Yəmənin iki pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.

525.az xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, Fransanın FREMM tipli dəniz freqatları Qırmızı dənizin cənubunda və Ədən körfəzində Yəməndən gələn pilotsuz təyyarələrin çoxlu hücumunu təsbit edib.

Açıqlamaya görə, 2 pilotsuz təyyarə məhv edilib.

"Bu hərəkətlər Süveyş kanalından Hörmüz boğazına qədər dəniz təhlükəsizliyinə töhfə verir", - bəyanatda bu hərəkətlərin naviqasiya azadlığının müdafiəsinə töhfə verdiyi bildirilib.

Malik Atilay

 





21.02.2024    çap et  çap et