Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Rusiyanın "Su-34" tipli döyüş təyyarəsini vurduqlarını bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Oleşuk sosial media hesabından verdiyi açıqlamada Ukrayna ordusunun Rusiyanın "Su-34" tipli döyüş təyyarəsini vurduğunu açıqlayıb.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada bu gecə Rusiya "S-300" idarə olunan raketi, "X-59" hava raketi və 4 "X-22" qanadlı raketi, həmçinin 19 ədəd “Şahed” tipli pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum edib.
Açıqlamada Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin ünsürlərinin Poltav vilayətində Rusiyaya məxsus "X-59" hava raketi ilə Xarkov, Dnepropetrovsk, Zaporojya və Donetsk vilayətləri üzərində 13 “Şahed” PUA-nı məhv etdiyini bildirib.
Qeyd edək ki, Ukrayna fevralın 17-dən bəri Rusiyaya məxsus 6 döyüş təyyarəsini vurduğunu açıqlayıb.
Malik Atilay
çap et