525.Az

Avstraliya "WikiLeaks"in qurucusunun vətəninə qayıtmasını istəyir


 

Avstraliya "WikiLeaks"in qurucusunun vətəninə qayıtmasını istəyir<b style="color:red"></b>

Avstraliyanın Baş naziri Entoni Albanese Böyük Britaniyada saxlanılan "WikiLeaks"in qurucusu Culian Assangenin vətəndaşı olduğu Avstraliyaya qayıtmasının vaxtı çatdığını bildirib.

525.az xəbər verir ki, Albanese dünən Britaniya Ali Məhkəməsində ABŞ-ə ekstradisiyası ilə bağlı apellyasiya işi başlayan Assange haqqında açıqlama verib.

Məsələ ilə bağlı fikirlərini ABŞ və Britaniyanın ən yüksək orqanlarına çatdırdığını bildirən Albanese: "Mən bunu həm açıq, həm də şəxsi şəkildə bildirdim. Bəsdir, Culian Assangenin evə qayıtma vaxtıdır", - deyib.

Albanese hökumət olaraq hər iki ölkə ilə diplomatik kanallar vasitəsilə əlaqə saxladıqlarını və nəticə əldə etməyə çalışdıqlarını vurğulayıb.

Məhəmməd Tağıyev

 





21.02.2024    çap et  çap et