525.Az

Britaniyanın ən böyük hava limanı yenidən istifadəyə verildi


 

Britaniyanın ən böyük hava limanı yenidən istifadəyə verildi<b style="color:red"></b>

Böyük Britaniyanın ən böyük hava limanı Hitrou COVID-19 epidemiyasından sonra ilk dəfə olaraq yenidən mənfəət artımına nail olub.

525.az xəbər verir ki, Hitrou Hava Limanının 2023-cü il maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamaya görə, hava limanının keçən il gəlirləri bir əvvəlki ilə görə 26,6 faiz artaraq 3 milyard 687 milyon funt-sterlinqə çatıb.

Hava limanının vergidən əvvəl düzəliş edilmiş mənfəəti isə 105,6 faiz artaraq 38 milyon funt-sterlinqə yüksəlib. 2023-cü ildə hava limanının sərnişinlərinin sayı da 28,6 faiz artaraq 79,2 milyon nəfərə çatıb.

Qeyd edək ki, Hitrou bu il 81,4 milyon sərnişinə çatmağı hədəfləyir.

Məhəmməd Tağıyev

 





21.02.2024    çap et  çap et