525.Az

Nəriman Həsənzadənin ömür yolu virtual ünvanda


 

Nəriman Həsənzadənin ömür yolu virtual ünvanda<b style="color:red"></b>

Azərbaycanın Xalq şairi, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenli Nəriman Həsənzadənin həyat və yaradıcılığını özündə əks etdirən “narimanhasanzada.az” saytı oxucuların istifadəsinə verilib.

Sözügedən internet portalında Xalq şairinin şeirləri, poemaları, pyesləri, nəsr əsərləri, tərcümələri ilə yanaşı elmi və ədəbi-tənqidi yaradıcılığının nəticəsi olan “Kulturologiya” kitabı yayımlanıb. Saytda, eyni zamanda,  N.Həsənzadənin zəngin bioqrafiyası barədə ətraflı məlumat almaq mümkündür.

Fotoqalereya bölməsində Xalq şairinin ömrünün müxtəlif illərində çəkdirdiyi şəkillər yer alıb. Videoqalereyada isə N.Həsənzadənin pyesləri əsasında səhnəyə qoyulmuş tamaşaların videoyazıları, televiziya kanallarına müsahibələri paylaşılıb.

Bundan əlavə, “narimanhasanzada.az” saytında Xalq şairinin qəzetlərə və saytlara verdiyi müsahibələri, söz müəllifi olduğu mahnıların mətnləri və həmin mahnıların unudulmaz sənətkarlar tərəfindən ifaları da yayımlanıb.

 





21.02.2024    çap et  çap et