"Azad olunmuş ərazilərdə 16 yol layihəsi icra olunur, onlardan üçünün reallaşdırılması artıq bitib".
525.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bərdə-Ağdam, Hadrud-Füzuli avtomobil yolları və "Zəfər yolu" üzrə işlər artıq bitib.
"Digər layihələr üzrə işlər sürətlə gedir. Bəzi layihələrdə layihə gücü artıq 70%-i ötüb", - Saleh Məmmədov qeyd edib.
Onun sözlərinə görə, bu ilin sonu - 2025-ci ilin ortalarına qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq.
#
Emil İsmayılov