525.Az

Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Ana Dili Günü” ilə bağlı silsilə tədbirlər keçirilib


 

Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Ana Dili Günü” ilə bağlı silsilə tədbirlər keçirilib<b style="color:red"></b>

20-21 fevral tarixlərində Resublika Uşaq Kitabxanasında 176, 270, 234 saylı tam orta məktəbin  və İdrak Liseyinin rus bölməsinin şagirdlərinin təqdimatında “Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir təşkil edilib.

525.az xəbər verir ki, məktəblilər kitabxananın kiçik oxu zallarında Yəhya Kərimovun   “Dilimizi öyrənək”,  Sevinc Nuruqızının  “Qədim Bakıya səyahət”, “Melisa” adlı kitabları ilə tanış olublar. 

Daha sonra ana dilinə həsr olunmuş B.Vahabzadənin “Ana dili”, M. Müşfiqin “Ana dili”,T.Bayramın "Ana dilim" şeirlərivə kompazisiyalar və videoslayd təqdim edilib. Slaydda bu tarixi günün inkişaf mərhələlərindən ətraflı bəhs edilib, ana dilinin qorunması sahəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fikirləri, qanun və sərəncamlar öz əksini tapıb.

Hər bir Azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur hissi duymalı, dilimizin, mədəniyyətimizin, tariximizin yaşanması üçün çalışmalıdır.

Tədbirin keçirilməsində əsas məqsəd ana dilimizi qorumaq, yaşatmaq, dilimizin tarixini, incəliklərini və saflığını yeniyetmə və gənclərə çatdırmaqdır.

 





22.02.2024    çap et  çap et