525.Az

“Xocalı: Şahidlər danışır” kitabı daha bir dildə nəşr olunub


 

“Xocalı: Şahidlər danışır” kitabı daha bir dildə nəşr olunub<b style="color:red"></b>

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində “Xocalı: Şahidlər danışır” kitabı urdu dilində nəşr edilib.

525.az xəbər verir ki, bu barədə kitabın müəllifi, tarix elmləri üzrə fəlsəfə doktoru İradə Əlili məlumat verib. O bildirib ki, Azərbaycan həqiqətlərinin tanıdılmasında hər bir azərbaycanlı fəal olmalıdır. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı anlatmalıyıq. Xocalı soyqırımı bəşəriyyətin ən ağır vəhşətidir.

“Xocalı: Şahidlər danışır” kitabı 11 dilə (Azərbaycan, rus, ingilis, türk alman, ispan, italyan, fransız ərəb, fin, holland dillərində) tərcümə olunaraq çap edilib. Kitabda Xocalıda o qanlı gecənin şahidlərinin xatirələri yer alıb.

Kitabın “Ön söz”ünü professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist Azadə Novruzovadır.

Qeyd edək ki, kitabı urdu dilinə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Amalya Paşayeva tərcümə edib (AZƏRTAC).

 





22.02.2024    çap et  çap et