"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı keçirəcəyi cavab oyununa bütün biletlər satılıb.
Bu barədə Ağdam təmsilçisindən QOL.az saytına məlumat verilib. Artıq görüş üçün nəzərdə tutulan bütün biletlərin satıldığı qeyd olunub.
Əlavə edək ki, matç bu gün Tofiq Bəhramov adın Respublika Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq. Bu komandalar arasında ilk oyun "Qarabağ"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.