525.Az

"Google" yeni nəsil süni intellekt modelini təqdim etdi


 

"Google" yeni nəsil süni intellekt modelini <b style="color:red">təqdim etdi</b>

"Google" tərtibatçılara məsuliyyətlə süni intellekt qurmağa kömək etmək üçün yeni nəsil açıq mənbəli "Gemma" modelini təqdim edib.

525.az xəbər verir ki, "Google" tərəfindən edilən açıqlamada "Gemma" model ailəsinin süni intellektli söhbət robotu "Gemini" ilə eyni araşdırma və texnologiya ilə yaradıldığı, ən müasir açıq mənbə modelinə sahib olduğu bildirilib.

Açıqlamada "DeepMind" və "Google" da digər komandalar tərəfindən hazırlanmış yeni modelin "Gemini"dən ilham alındığı vurğulanıb.

Qeyd edək ki, "Gemma"nın bu gündən etibarən bütün dünyada mövcud olduğu bildirilib.

Məhəmməd Tağıyev

 





22.02.2024    çap et  çap et