525.Az

ABŞ-də sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən təcili eniş edib


 

ABŞ-də sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən təcili eniş edib<b style="color:red"></b>

ABŞ-nin Nyu-Cersi ştatından Kaliforniyaya uçan sərnişin təyyarəsi tapılan təhdid qeydinə görə Çikaqoda məcburi eniş edib.

525.az xəbər verir ki, Newark Liberty Beynəlxalq Hava Limanından Los-Ancelesə uçan "United Airlines" təyyarəsində bomba qorxusu yaşanıb. Polisin verdiyi ilkin məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində "təyyarə partlayacaq" qeydi tapılıb. Beləliklə, 202 sərnişini daşıyan təyyarə Çikaqonun O'Hare hava limanına təcili eniş üçün istiqamətləndirilib.

Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyyə edib və saatlarla polis itləri ilə təyyarədə axtarış etsələr də, heç nə tapa bilməyiblər.

Məhəmməd Tağıyev

 





22.02.2024    çap et  çap et