525.Az

Braziliyadan Ukrayna və Fələstin üçün ÇAĞIRIŞ


 

Braziliyadan Ukrayna və Fələstin üçün <b style="color:red">ÇAĞIRIŞ</b>

Braziliyanın xarici işlər naziri Mauro Vieira Ukrayna və Fələstində davam edən münaqişələrin sülh yolu ilə həllinə çağırıb.

525.az xəbər verir ki, Braziliyanın ev sahibliyi ilə Rio-de-Janeyroda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısını başladan Vieira: "Biz Ukrayna və Fələstində davam edən münaqişələrin sülh yolu ilə həllinə üstünlük verməliyik. Şimaldakı ölkələr, cənubdakılardan fərqli olaraq, müharibə ittifaqında birləşdilər", - deyib.

Braziliya olaraq beynəlxalq gərginliyin azaldılması üçün üzərinə düşəni etməyə hazır olduqlarını ifadə edən Vieira, G20-nin bu mövzuda vacib rolu olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





22.02.2024    çap et  çap et