525.Az

Kanada Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb


 

Kanada Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb<b style="color:red"></b>

Kanada Rusiya səfiri Oleq Stepanovu rusiyalı müxalif Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.

525.az xəbər verir ki, Kanada hökumətinin sözçüsü İzabella Orozko-Madison məsələ ilə bağlı açıqlama verib. Orozko-Madison Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Ottavadakı səfiri Stepanova Navalnının ölümü ilə bağlı tam və şəffaf araşdırma aparılmalı olduğu barədə məlumat verildiyini bildirib.

Orozko-Madison: "Kanada Navalnıya qarşı insan haqlarının pozulmasında iştirak edənlərə sanksiyalar tətbiq edib. Biz də onun ölümündə məsul şəxsləri məsuliyyətə cəlb etmək üçün tərəfdaşlarımıza qoşulacağıq", - deyib.

Məhəmməd Tağıyev

 





22.02.2024    çap et  çap et