525.Az

İran İsraili qaz kəmərinin partlayışında ittiham edib


 

İran İsraili qaz kəmərinin partlayışında ittiham edib<b style="color:red"></b>

İranın neft naziri Cavad Ouci fevralın 14-də magistral qaz kəmərində baş verən partlayışda İsraili günahlandırıb.

525.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Ouci hökumətin idarə heyətinin iclası zamanı bəyanat verib. Onun sözlərinə görə, mütəxəssislər operativ şəkildə zədələnmiş hissənin bərpası üçün işlərə başlayıb və qaz kəməri hazırda tam işlək vəziyyətdədir. 

Qeyd edək ki, fevralın 14-də İranın Borujen şəhərində “Line 65” qaz kəmərində partlayış baş verib.

Havar Şəfiyeva

 





22.02.2024    çap et  çap et