Koreya Respublikası 2024-2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən 525.az-a bildirilib ki, magistratura, doktorantura, həmçinin tədqiqat sahəsi üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqramda iştirak etmək istəyən şəxslər martın 5-dək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı haqqında əlavə məlumatlarla elan vasitəsilə tanış olmaq mümkündür.
Sevinc Qarayeva