525.Az

Şolts NATO Baş katibi vəzifəsinə Rüttenin namizədliyini dəstəkləyir


 

Şolts NATO Baş katibi vəzifəsinə Rüttenin namizədliyini dəstəkləyir<b style="color:red"></b>

Almaniya Kansleri Olaf Şolts NATO-nun Baş katibi vəzifəsinə Niderlandın baş naziri vəzifəsini müvəqqəti icra edən Mark Rüttenin namizədliyini dəstəkləyir.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl “Politico” qəzeti Rüttenin NATO-nun baş katibi postuna namizədliyini alyans üzvlərinin üçdə ikisinin, o cümlədən ABŞ Prezidenti Cozef Baydenin dəstəklədiyini yazmışdı.

Qeyd edək ki, NATO-nun hazırkı Baş katibi Yens Stoltenberq daha əvvəl 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağını təsdiqləyib. Bu qərar ötən il iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitində təsdiq edilib.

 





22.02.2024    çap et  çap et