Sakit okeanda 6,3 maqnitualı zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 3,3 min nəfər olan Anqa-Roa şəhərindən (Pasxa adası, Çili) 896 km aralıda yerləşib. Zəlzələnin ocağı 2 km dərinlikdə olub.
Bölgədə sunami təhlükəsi elan olunmayıb.