https://525.az/img/pics/medium/2024-04/310940_g7iz93metw.jpg Tariximizdən bir yarpaq: İrəvan xanı Hüseynəli xanın naxçıvanlılara məktubu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310967_lsdo93d0o6.jpg “525-ci qəzet”in 23 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg Döyüş nə vaxt başladı? - Rəvan Cavid yazır
search
23 Aprel 2024
22 Aprel 2024

"Qarabağ"ın 1/8 finaldakı rəqibi müəyyənləşir

"Qarabağ"ın 1/8 finaldakı rəqibi müəyyənləşir

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

525.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olacaq. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

1/8 finalda pley-off-un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda mübarizə aparmış "Bayer" də (Almaniya) var. "Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

"Qarabağ"ın potensial rəqibləri:

"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyareal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Sparta" (Çexiya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.