525.Az

İspaniyada 180-dən çox katolik birliyi İsrailə etiraz edib


 

İspaniyada 180-dən çox katolik birliyi İsrailə etiraz edib<b style="color:red"></b>

İspaniyanın paytaxtı Madriddə İsrailə 180-dən çox katolik yevangelist birliyin çağırışı ilə etiraz edilib.

525.az xəbər verir ki, Madriddə İsrail səfirliyinin binası qarşısında toplaşan katolik və yevangelist birliklərin nümayəndələri "İnsanlıq naminə soyqırımı dayandırın" başlığı ilə nümayiş keçiriblər.

Nümayişçilər Fələstini dəstəkləyən və İsraili qınayan pankartlar açaraq, "İsraili boykot edin", "Bu soyqırımdır", "Azad Fələstin", "Ədalət" kimi şüarlar səsləndirib.

Məhəmməd Tağıyev

 





23.02.2024    çap et  çap et