Braziliyanın xarici işlər naziri Mauro Vieira G20 Xarici İşlər Nazirləri Toplantısında üzv ölkələrin əksəriyyətinin İsrailin Rəfahda planlaşdırdığı əməliyyata qarşı olduğunu bildirib.
525.az xəbər verir ki, Vieira Braziliyanın ev sahibliyi ilə Rio-de-Janeyroda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuata açıqlama verib.
Nazir Vieira G20 ölkələrinin Fələstin Dövlətinin yaradılması ilə bağlı həmfikir olduğunu bildirərək: "Bir çox ölkələr İsrailin Rəfahda elan etdiyi əməliyyata qarşı çıxıb və İsrail hökumətindən bu qərara yenidən baxılmasını və dərhal dayandırılmasını tələb edib", - deyib.
Vieira yeni daimi üzvlərin, xüsusilə Latın Amerikası və Afrikanın BMT Təhlükəsizlik Şurasına daxil edilməsi mövzusunda razılaşdıqlarını bildirib.
Məhəmməd Tağıyev
çap et