525.Az

Konqresin 13 yəhudi üzvü Baydeni Qəzzada atəşkəsə çağırıblar


 

Konqresin 13 yəhudi üzvü Baydeni Qəzzada atəşkəsə çağırıblar<b style="color:red"></b>

ABŞ Konqresinin Demokratlar Partiyasından olan 13 yəhudi üzvü göndərdikləri məktubda prezident Co Baydeni Qəzzada müvəqqəti atəşkəsə çağırıb.

525.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Cerri Nadlerin rəsmi internet saytında paylaşdığı və özü də daxil olmaqla 13 yəhudi Konqres üzvü tərəfindən imzalanan məktubda Qəzzada müvəqqəti atəşkəs tələb edilib.

Məktubda: "İsrail və HƏMAS arasında danışıqlar davam edərkən, biz sizdən aylardır əsirlikdə olan 6 amerikalı da daxil olmaqla, bütün 134 girovun dərhal geri qaytarılmasını nəzərdə tutan qarşılıqlı müvəqqəti atəşkəs razılaşmasının əldə edilməsi üçün bütün səylərinizi göstərməyinizi xahiş edirik", - deyə bildirilib.

Məhəmməd Tağıyev

 





23.02.2024    çap et  çap et