İspaniyanın şərqindəki Valensiya şəhərinin mərkəzində 14 mərtəbəli yaşayış binasında baş verən yanğında bütün bloklar yanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, ilk açıqlamalara görə, Valensiya şəhərinin Campanar rayonundakı yaşayış binasında baş verən və hələ də davam edən yanğın nəticəsində 3 yanğınsöndürən də daxil olmaqla 13 nəfər yaralanıb.
Yanğının böyüklüyünə görə Valensiya Bələdiyyəsi yaxınlıqdakı şəhərlərin yanğınsöndürmə idarələrindən və Hərbi Təcili Yardım Korpusundan kömək istəyib.
Əraziyə çoxlu təcili yardım maşınları göndərilib.
Qeyd edək ki, müxtəlif bloklardan ibarət 14 mərtəbəli binanın yerləşdiyi ərazidə dayaq və koordinasiya bölməsi yaradılıb.
Malik Atilay
çap et