525.Az

Görkəmli ədiblərimizin yubileyləri münasibətilə daycest təqdim edilib


 

Görkəmli ədiblərimizin yubileyləri münasibətilə daycest təqdim edilib<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən hazırlanmış Azərbaycanın tanınmış yazıçısı Ə.Hüseynzadə 160, H.Araslı 115 illik yubileyi münasibətilə yaddaş kitabçası (Biblioqrafik siyahı) və  görkəmli yazıçı, dramaturq, jurnalist C.Məmmədquluzadə 155, tanınmış şair Q.Zakir 240 illik yubileyi münasibətilə isə daycest  virtual oxuculara təqdim edilib.

525.az xəbər verir ki, görkəmli yazıçı C.Məmmədquluzadənin 155 illik yubileyi münasibətilə hazırlanmış daycestdə 23 adda kitab, 206 adda dövrü mətbuat materialları,  müdrik kəlamları və yazıçı haqqında deyilən dəyərli sözlər yer alıb.  Azərbaycanın tanınmış şairi Q.Zakir 240 illik yubileyi münasibətilə hazırlanmış daycestdə isə 4 adda kitab, 36 adda dövrü mətbuat materialları və şair haqqında deyilən qiymətli sözlər verilib.
 

 





23.02.2024    çap et  çap et