Avropa İttifaqı (Aİ) Birlik qanunlarını pozduğu səbəbilə dondurduğu Polşaya veriləcək vəsaitin 137 milyard avrosunu sərbəst buraxacağını açıqlayıb.
525.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin müddətli sədri Belçikanın Baş naziri Aleksander de Kroo Polşanın paytaxtı Varşavada Baş nazir Donald Tusk ilə görüşüb.
Görüşdən sonra mətbuata açıqlama verən fon der Leyen, gələn həftə Aİ Komissiyası üzvlərinin toplantısında Polşa ilə bağlı iki qərarın alınacağını bildirib.
Qeyd edək ki, fon der Leyen Tusk hökumətinin Polşada qanunun aliliyini bərpa etmək öhdəliyindən məmnunluğunu ifadə edib.
Məhəmməd Tağıyev
çap et