525.Az

Cənubi Koreyada fövqəladə vəziyyət elan edilib


 

Cənubi Koreyada fövqəladə vəziyyət elan edilib<b style="color:red"></b>

Koreya Respublikasında tibb fakültəsi tələbələrinin sayının artırılması təşəbbüsünə etiraz olaraq, təxminən 9 min təcrübəçi həkim istefalarını təqdim etdikdən sonra hökumət fövqəladə vəziyyət elan edib.

525.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, ötən gecə ölkə üzrə 13 min təcrübəçi həkimdən 8 min 897-si istefa ərizəsi verib, 7 min 863-ü isə vəzifə yerini tərk edib.

Səhiyyə və Rifah Nazirinin ikinci müavini Park Min-soo mətbuata verdiyi açıqlamada istefaların heç birinin qəbul edilmədiyini və hökumətin həkimlərin işə qayıtması üçün rəsmi göstəriş verdiyini açıqlayıb.

Məhəmməd Tağıyev

 





23.02.2024    çap et  çap et