Çində kəşfiyyata cavabdeh olan Dövlət Təhlükəsizliyi Nazirliyi öz vətəndaşlarına şəbəkə cihazları və mülki məqsədlər üçün istifadə edilən elektron monitorinq vasitələri ilə əlaqə saxlaya bilən cihazların xarici kəşfiyyat orqanları tərəfindən kibercasusluq üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib.
525.az xəbər verir ki, Nazirliyin "WeChat" hesabında edilən paylaşımda, mobil telefonlara simsiz şəbəkələr və "Bluetooth" vasitəsilə qoşulan ağıllı geyilə bilən cihazların internet üzərindən xüsusi "Troya atı" proqramları vasitəsilə ələ keçirilə biləcəyi bildirilib.
Qeyd edək ki, bu proqramlar vasitəsilə audio və video çəkiliş xüsusiyyətləri istifadəçinin xəbəri olmadan uzaqdan idarə oluna bilər.
Məhəmməd Tağıyev
çap et