Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi, İranın Rusiyaya mümkün ballistik raket tədarükünə beynəlxalq ictimaiyyətin reaksiyasının sürətli və sərt olacağını deyib.
525.az xəbər verir ki, Kirbi gündəlik mətbuat konfransında "Reuters" xəbər agentliyinin İranın Rusiyaya ballistik raketlər tədarük etdiyinə dair iddiası ilə bağlı qiymətləndirmələr edib.
Kirbi İranın Rusiya ilə dərinləşən hərbi əməkdaşlığının təkcə Ukraynaya deyil, həm də İranın regiondakı qonşularına və beynəlxalq ictimaiyyətə zərər verəcəyini bildirib.
Kirbi: "Əmin ola bilərsiniz ki, İran ballistik raketləri tədarük etməyə davam edərsə, beynəlxalq ictimaiyyətin reaksiyası sürətli və sərt olacaq", - deyib.
Məhəmməd Tağıyev
çap et