ABŞ Müdafiə Nazirliyi 2025-ci ildə yenidən silahlanma xərclərini 10 milyard dollar azaldacaq.
525.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon ABŞ Prezidenti Co Baydenin ölkənin dövlət borcu ilə bağlı razılaşmasına görə silah proqramlarına xərcləri azaldır. 2025-ci ildə ümumi milli müdafiə xərcləri 895 milyard dollarla məhdudlaşdırılıb.
ABŞ Müdafiə Nazirliyinin növbəti maliyyə ili üçün büdcəsi bir faiz azalaraq 850 milyard dollar təşkil edəcək. Nəşrlə söhbətdə ekspertlər qeyd ediblər ki, hətta bu qədər cüzi azalma Amerika ordusunun döyüş effektivliyinə təsir edəcək.
Havar Şəfiyeva
çap et