525.Az

Danimarka ilk F-16 qırıcılarının Ukraynaya çatdırılma tarixini açıqlayıb


 

Danimarka ilk F-16 qırıcılarının Ukraynaya çatdırılma tarixini açıqlayıb<b style="color:red"></b>

Danimarka yayda ilk F-16 qırıcılarını Ukraynaya təhvil verəcək. 

525.az "Reuters"ə istinadən xəbər verir ki, təyyarənin Kiyevə çatdırılma tarixini Krallığın Müdafiə Nazirliyinin rəhbəri Troels Lund Poulsen açıqlayıb.

Danimarka müdafiə departamentinin rəhbərinin sözlərinə görə, Kiyevə yeni yardım paketinə hava hücumundan müdafiə vasitələri, pilotsuz təyyarələr və 15 min artilleriya mərmisi daxil olacaq.

Qeyd edək ki, Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Danimarka üçün bütün lazımsız olan bütün silahlar Kiyevə verilməlidir O, həmçinin Ukraynanın sürətləndirilmiş üzvlük proqramı çərçivəsində NATO və Aİ-yə qəbul edilməsinə çağırıb.

Havar Şəfiyeva

 





23.02.2024    çap et  çap et