525.Az

Ərdoğan: Türkiyə daxilində terrorçu qalmayıb


 

Ərdoğan: Türkiyə daxilində terrorçu qalmayıb<b style="color:red"></b>

Türkiyə terrora qarşı uğurla mübarizə aparır. Artıq Türkiyə daxilində terrorçu qalmayıb.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bütün çətinliklərə rəğmən, imperialistlərə, terrorçulara təslim olmayıb: “Cənub sərhədlərimizdə terrorçu dövlətlərin yaradılmasına da imkan vermədik”.

Türkiyə söyləyib ki, terrorçulara qarşı mübarizədə müdafiə sənayəsi məhsulları, o cümlədən pilotsuz uçuş aparatları, qırıcı təyyarələr mühüm rol oynayır: "Arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyik".

 





24.02.2024    çap et  çap et