https://525.az/img/pics/medium/2024-04/310880_7gd6zkmzjy.jpg Azərbaycan nəsrinin istedadlı nümayəndəsi
https://525.az/img/pics/medium/2024-04/310873_j6h9xuctf5.jpg "Rəssamlıq çox qazanmaq istəyənlərin məslək seçimi ola bilməz"
https://525.az/img/pics/medium/2024-04/310863_uzbbqnowm3.jpg Ata, oğul və müqəddəs ruh naminə - Türkan Turan yazır
https://525.az/img/pics/medium/2024-04/310874_wc2jz3w9ks.jpg Laçında ilk dəfə: "Xalça belə yarandı..."
search
22 Aprel 2024

"Bu gün hər cür nəticə ola bilərdi"

"Bu gün hər cür nəticə ola bilərdi"

"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 24-cü turunda "Sabah"a qalib gəldikləri matçdan (2:0) sonra mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, mütəxəssis komandasının qələbəsini şərh edib: "İqor Ponomoryovu ad günü münasibəti ilə təbrik edirəm. Əsas can-sağlığıdır. Bu gün hər cür nəticə ola bilərdi. Hansı rəqibə qarşı oynayacağımızı bilirdik. "Sabah" yaxşı komandadır. Təşkilatlanmış kollektivdir, oyun stilinə sahibdir. Onların keyfiyyətli oyunçuları var. Bizim üçün çətin idi, ilk yarıda hücum qurmağa tələsirdik. Fasilədən sonra dinamik futbol oldu, qarşılıqlı hücumlar şəraitində keçən oyun idi. Azarkeşlər üçün də maraqlı matç alındı. Qapılar qarşısında yetərincə qol epizodları yarandı".

Ş.Diniyev komandasının oyunundan razı qaldığını bildirib: "Bu gün "Səbail" kompakt, komanda şəkildə xarakteri özünü göstərdi. Futbolçular meydanın hər qarışı uğrunda canlarını, başlarını qoymağa hazır idilər. Komandanın toparlanması məni sevindirir. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu. Ötən oyunda iki müdafiəçimizin hədiyyəsindən sonra 2:2 olmuşdu. Bu gün həmin hədiyyələr olmadı. Komanda düzgün yoldadır. Artıq stabil heyətə yaxınıq. Stabil heyət olacaqsa, stabil oyun və stabil nəticə olacaq. "Sabah"a gələcək oyunlarda uğurlar arzulayıram".

O, matçdakı penalti epizodundan və hakimin həmin epizodda penalti qərarı verməməsindən danışıb: "İkitərəfli idi. Həm verə bilərdi, həm də verməyə bilərdi. Baş hakim belə qərar verdi və hörmətlə yanaşıram".

Mütəxəssis futbolçusu Ağabala Ramazanovun son durumundan da söz açıb: "Ağabala fərdi şəkildə sağlamlıq idmanı ilə məşğuldur. Peşəkar idmanla yox. Özünü bərpa etdikdən sonra mart ayında məşqlərə qayıda biləcək".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.