525.Az

Çinin Qazaxıstan və Qırğızıstanla sərhədlərində zəlzələ


 

Çinin Qazaxıstan və Qırğızıstanla sərhədlərində zəlzələ<b style="color:red"></b>

Çinin Qazaxıstan və Qırğızıstan sərhədləri yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 535 min nəfər əhalisi olan Aksu rayonundan 155 km qərbdə, zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 





25.02.2024    çap et  çap et