Almaniyanın xarici işlər naziri Annalena Baerbok və onun ukraynalı həmkarı Dmitri Kuleba Odessadadır.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Onların şəhərə səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib.
Qeyd edək ki, fevralın 23-də Baerbok və Kuleba BMT Baş Assambleyasının iclasında iştirak etdikləri Nyu-Yorkdan Almaniya hökumətinin təyyarəsi ilə Berlinə gəlmişdilər.
çap et