525.Az

Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətini artıracaq


 

Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətini artıracaq<b style="color:red"></b>

Zəngəzur dəhlizinin açılması Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətini artıracaq.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT Haber”ə açıqlamasında deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin İran ərazisindən keçmə ehtimalı kimi alternativ də mövcuddur.

Nazir onu da əlavə edib ki, Türkiyə tərəfi Naxçıvanla Qars arasındakı 224 km-lik dəmir yolu xəttinin inşasını bitirib.

 





25.02.2024    çap et  çap et