https://525.az/img/pics/medium/2023-12/296369_q4lcdniick.jpg Uzaqlarda biri var, əlləri üzünə dayaq - Şahnaz Şahindən Yeni esse
https://525.az/img/pics/medium/2025-03/346988_6r9tqvx5cc.jpg “525-ci qəzet”in 19 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-03/346928_lm6ihd7mqs.jpg Pirani ocağında
https://525.az/img/pics/medium/2025-03/346855_91wxi32nh9.jpg Azərbaycançılıq: müstəqil hüquqi-demokratik inkişaf üçün sağlam zəmin
search
18 Mart 2025

Federasiya Azərbaycan basketbol millisinə pul mükafatı verəcək

Federasiya Azərbaycan basketbol millisinə pul mükafatı verəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) DÇ-2027-nin Avropa üzrə seçmə mərhələsinin II turunda Kosovo üzərində qələbə qazanan milli komandaya (87:77) pul mükafatı verəcək.

525.az xəbər verir ki, bunu ABF-nin prezidenti Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri A qrupunda keçirdiyi ikinci matçında ilk qalibiyyətini əldə edən Azərbaycan yığmasının çıxışına münasibət bildirib: “İlk dəfədir dünya çempionatının seçmə mərhələsində çıxış edirik. Bu qələbə Azərbaycan basketbolunun inkişafında irəliyə doğru addımdır. “Sərhədçi” Olimpiya İdman Mərkəzində əsl bayram ab-havası hökm sürürdü. Bu seçmə mərhələ basketbolumuz üçün yeni nəfəsdir. Uğurlar artdıqca tribunalara daha çox azarkeş gələcək”.

Qeyd edək ki, yığma ilk turda səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.