https://525.az/img/pics/medium/2022-12/250866_fi045un0bu.jpg Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
https://525.az/img/pics/medium/2024-04/310852_s95fs7oje3.png Qızıl od qiymətinə
https://525.az/img/pics/medium/2024-04/310850_bkw4bzx3sq.jpg “Azərbaycan-Çin ticarət dövriyyəsi rekord həddə çatıb” - Diplomat
https://525.az/img/pics/medium/2024-04/310832_cd59w5cih1.png Ədəbi köşk: Nə var, nə yox?
search
22 Aprel 2024
21 Aprel 2024

"Azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər"

"Azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər"

“Sumqayıt”a qarşı yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Matç boyu nizam-intizama riayət etdik. Məşqdəki planlarımızı bugünkü matçda həyata keçirə bildik. Qalib gəldiyimiz üçün sevinirəm”.

QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Mateus Silva Misli Premyer Liqasının 24-cü turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib. 

O, “Braqa” ilə matçdan fərqli olaraq bugünkü görüşü 700-800 azarkeşin izləməsinə görə təəssüfləndiyini bildirib: “Təbii ki, cümə axşamı ilə müqayisədə bugünkü matçda azarkeş baxımından böyük fərq var. Belə olmasını istəmərəm. Azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər, bizi dəstəkləsinlər. Azarkeş çox olanda stadiondakı ab-hava da tam başqa olur”. 

Braziliyalı müdafiəçi hazırda “Bayer” barədə düşünmədiklərini vurğulayıb: “Bayer”ə qədər hələ oyunlarımız var. İlk növbədə həmin matçlara köklənməliyik. Təbii ki, Leverkuzen təmsilçisi ilə görüşə də ciddi hazırlaşacağıq. Rəqib hər nə qədər güclü olsa da, yaxşı oyun sərgiləməyə çalışacağıq”. 

M.Silva qeyd edib ki, təqvimin sıxlığı onları qorxutmur: “Həftə arası çempionatda “Qəbələ” ilə, həftə sonu isə “Neftçi” ilə oyunumuz var. Baş məşqçimiz artıq bunların planlamasını hazırlayıb. Görürsünüz ki, bugünkü matçda da heyətdə rotasiya edilmişdi. Növbəti qarşılaşmalarda da belə olacaq. Ona görə də düşünmürəm ki, təqvimin sıxlığı bizə çətinlik yaratsın”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.