"Bu gün də erməni saxtakarlığı davam edir. Hər bir erməni yalanı ifşa olunmalıdır".
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov deyib.
“Əgər hər hansı xalq öz qonşusunun ölkəsinə ərazi iddiasındadırsa, o, burada özünəməxsus sübutlar axtarır. Bu da o mənaya gəlir ki, işğalçı ölkə qonşusunun istər mədəni, istərsə də qeyri-mədəni irsini mənimsəyir”, - deyə o əlavə edib.