"Uşaqlara qarşı bullinqlə bağlı dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçiririk".
525.az APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bullinqə məruz qalan uşaqlar barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, bu cür hallardan heç kəs sığortalanmayıb: "Nə qədər işlər görülsə də, bu cür hallar baş verir. Baş verənlər işlərin görülməməsindən deyil. Nə qədər ki, insan, cəmiyyət var, bu cür hallar da olacaq. Düşünürəm ki, bu istiqamətdə işlər aparmaqla müəyyən qədər bu cür halların qarşısını ala bilərik".