525.Az

Bakıda yarışa çıxmış marşrut avtobusları toqquşdu


 

Bakıda yarışa çıxmış marşrut avtobusları toqquşdu<b style="color:red"></b> Bu gün Bakının Xətai rayonunda sərnişin avtobuslarının iştirakı ilə yol-nnəqliyyat hadisəsi baş verib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xocalı prospektində, metronun "Xətai" stansiyası ilə üzbəüz dayanacaqda 30 nömrəli marşrut xətti üzrə hərəkət edən iki avtobus toqquşub.

Eyni istiqamətdə hərəkətdə olan 10-TG-383 dövlət nömrə nişanlı "Daewoo" markalı avtobus, 10-TG-384 dövlət nömrə nişanlı digər avtobusun qarşısını  kəsməyə çalışıb və arxadan sürətlə gələrək ona çırpılıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Hər iki avtobus xəttən çıxarılıb.
 
Qəzaya hər zaman olduğu kimi sürücülərinin bir-birinin vaxtına girməsi və plan davası səbəb olub.
 





17.09.2014    çap et  çap et