525.Az

Bayden Rusiyaya qarşı yeni sanksiyaları AÇIQLADI


 

Bayden Rusiyaya qarşı yeni sanksiyaları <b style="color:red">AÇIQLADI</b>

ABŞ Prezidenti Co Bayden rusiyalı müxalif Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldiklərini açıqlayıb.

525.az xəbər verir ki, Ağ Evin rəsmi saytında verilən açıqlamaya görə, Bayden Rusiya ilə Ukrayna arasında müharibənin ikinci ili ərəfəsində dərc olunan mesajında Navalnının ölümü ilə əlaqədar Moskvaya qarşı yeni sanksiyalar elan edib.

Belə ki, Bayden bu iki amil ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq olunacağını bildirib.

Məhəmməd Tağıyev

 





26.02.2024    çap et  çap et