525.Az

ABŞ: Husilərə qarşı Qırmızı dənizdə 4 “müdafiə hücumu” həyata keçirdik


 

ABŞ: Husilərə qarşı Qırmızı dənizdə 4 “müdafiə hücumu” həyata keçirdik<b style="color:red"></b>

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə qarşı Qırmızı dənizdə 4 "müdafiə hücumu" həyata keçirdiklərini açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, CENTCOM-un açıqlamasına görə, dünən yerli vaxtla saat 00:00-18:45 arasında Sənada həyata keçirilən hücumların hədəfi husilər tərəfindən Qırmızı dənizə atılmaq üçün hazırlanan 7 gəmi əleyhinə qanadlı raket və raketatan olub.

Qeyd edək ki, eyni müddət ərzində CENTCOM müdafiə çərçivəsində bir pilotsuz uçuş aparatını da vurub.

Malik Atilay

 





26.02.2024    çap et  çap et