İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri Qərbi Yava əyalətinin sahilyanı Pelabuhanratu şəhəri sahillərində olan 5,6 bal gücündə zəlzələnin yerin 37,2 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.
Qeyd edək ki, can və mal itkisinin olmadığı zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Malik Atilay
çap et