Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, səhər saatlarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Sincan-Uyğur Muxtar Vilayətinin Qızılsu Qırğız Muxtar Prefekturasının Akçi rayonunda olub.
İlkin məlumata görə, yerin 11 kilometr dərinliyində baş verən zəlzələdə insan tələfatı və dağıntı olmayıb.
Qeyd edək ki, ötən gün də həmin bölgədə 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Malik Atilay
çap et