ABŞ və İngiltərə Səna daxil olmaqla 3 şəhərə ümumilikdə 22 hava zərbəsi endirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənub-qərbindəki Taiz şəhərindəki rabitə xətləri üç dəfə hədəfə alınıb.
Husilərin nəzarətində olan Sənanın şəhəri və çölü 17 dəfə ABŞ və İngiltərə hava hücumlarına məruz qalıb. Şimal-qərbdəki Həccə şəhərinin fermalarına da iki hava zərbəsi endirilib.
Hücumlar nəticəsində insan tələfatı və ya dağıntılar barədə xəbərlərdə heç bir təfərrüat verilməyib.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya hələlik sözügedən hücumlarla bağlı açıqlama verməyib.
Malik Atilay
çap et