525.Az

Çin insanlı Ay missiyalarında iki yeni kosmik gəmidən istifadə edəcək


 

Çin insanlı Ay missiyalarında iki yeni kosmik gəmidən istifadə edəcək<b style="color:red"></b>

Çin 2030-cu ildə başlamağı planlaşdırdığı insanlı Ay missiyalarında istifadə edəcəyi yeni kosmik gəmiləri açıqlayıb.

525.az xəbər verir ki, Çin İnsanlı Kosmos Ekspedisiyaları Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, yeni Ay missiyalarında istifadə ediləcək daşıyıcı gəminin adı "Mingcou", eniş aparatının adı isə "Lanyüe" olacaq.

İki modeldə dizayn ediləcək "Minqcou"nun Çinin öz kosmik stansiyasına personal daşıyan "Şincou" servislərini əvəz etməsi planlaşdırılır.

Qeyd edək ki, "Lanyüe" eniş gəmisi biri Ay modulu, digəri isə alışma modulu olmaqla iki hissədən ibarət olacaq şəkildə hazırlanır.

Məhəmməd Tağıyev

 





26.02.2024    çap et  çap et