İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandıran şəxsin ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri olduğu və onun Qəzzada soyqırıma qarşı etiraz aksiyası keçirdiyi üzə çıxıb.
525.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrində həqiqi hərbi xidmətdə olan 25 yaşlı Aaron Buşnellin etirazı və özünü yandırdığı zaman çəkilən görüntülər sosial mediada yayılıb.
Buşnell videoda özünü ABŞ Hərbi Hava Qüvvələrinin fəal əsgəri kimi təqdim edir və "Mən daha soyqırımda iştirak etməyəcəyəm", - ifadəsini işlədir.
Məhəmməd Tağıyev
çap et