İspaniyada yüz minlərlə insan İsraillə silah ticarətini qadağan etmək və Fələstini dəstəkləmək üçün yürüş keçirib.
525.az xəbər verir ki, İspaniyanın 100-dən çox şəhər və qəsəbəsində "İsraillə əlaqələrə və silah ticarətinə son qoyulsun" adı altında nümayişlər keçirilib.
Paytaxt Madriddə yenidən sıx iştirakla keçirilən yürüşdə "İsraili boykot edin", "Qatil Netanyahu", "Soyqırımı dayandırın", "Fələstini azad edin" kimi şüarlar səsləndirilib və beynəlxalq ictimaiyyətə atəşkəs çağırışı edilib.
Məhəmməd Tağıyev
çap et