Çin ABŞ-nin Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində 17 Çin şirkətinin də yer almasına reaksiya verib.
525.az xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən açıqlamada Vaşinqtonun sərhədlər üzərindəki yurisdiksiyasından birtərəfli sanksiyalarla istifadə etdiyi və qərarın iqtisadi zorakılığın tipik bir nümunəsi olduğu ifadə edilib. Açıqlamaya görə, Çin ölkə şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.
Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi mətbuat konfransında Çinin Ukrayna böhranında obyektiv və qərəzsiz mövqe tutduğunu, sülh danışıqlarını təşviq etməyə və siyasi həll üçün konstruktiv rol oynamağa çalışdığını bildirib.
Məhəmməd Tağıyev
çap et