Vəkillər Kollegiyasında 21 müraciət əsasında intizam icraatlarına baxılıb, 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntu aşkarlanıb.
525.az-a bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, vəkillərin İntizam Komissiyasının iclası keçirilib. İclasda 21 müraciət əsasında başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, 5 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 13 iş üzrə 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntunun olması, 1 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, 2 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması, 2 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması ilə bağlı rəylər qəbul olunub.
"Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 1-i məhkəmədən, 1-i isə hüquq-mühafizə orqanından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olunub", - məlumatda bildirilib.